Pərəstişkarı ilə görüşən Məleykə hər kəsi KÖVRƏLTDİ – VİDEO

Pərəstişkarı ilə görüşən Məleykə hər kəsi KÖVRƏLTDİ – VİDEO

Hazırda oxunan: Pərəstişkarı ilə görüşən Məleykə hər kəsi KÖVRƏLTDİ – VİDEO

93251

Xalq artisti Məleykə Əsədova paylaşımı ilə görənləri kövrəldib.

Bizim.Media xəbər verir ki, aktrisa ona kiçik yaşlarından pərəştiş edən Xəyalə adlı xanımın evinə qonaq gedib.

Sağlamlıq imkanları məhdud fanatı Məleykəni görər-görməz ona sarı gedərək, Xalq artistini qucaqlayıb. Bu görüşdən sevinc hissləri keçirən Xəyalə göz yaşlarına boğulub. 

Həmin anları sosial şəbəkə hesabında paylaşan M.Əsədova yazdığı kövrək dolu şərhi ilə izləyicilərini qəhərləndirib.

"Kiçik yaşlarından məni saf hisslərlə sevən və illərdir görmək arzusu ilə yaşayan, tamaşalarım və yaradıcılığım haqda hədsiz çox bilən, dərim zəkaya malik pərəştişkarım Xəyalə. Çox məmnun oldum səni görməyə. Məni sənətə var edən, daha da ruhlandıran sizin sevginizdir. Buradan bütün pərəştişkarlarıma can sağlığı arzu edirəm" - deyə Məleykə bildirib.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO