“Onlar bizə Allahın əmanətləridir. Dua edərkən “ayağınıza daş dəyməsin” deyirik. İstəsək də, istəməsək də o daş bir şəkildə dəyir. Hansımıza dəymədi ki?”.
Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova sosial şəbəkə hesabında yazıb.
Anasının, qaynanası Zəfər xanımın və övladlarının yer aldığı fotolarını paylaşan sənətçi yeddi yaşı tamam olan oğlu Əlinin doğum gününü kövrək sözlərlə təbrik edib:
“Ayağımıza daş da dəydi, tikan da batdı. Həyat... Amma önəmli olan ayağa qalxıb təkrar yola davam etməkdir, hər səfərində böyüməkdir. Əsas dəydiyi kimi də keçir. Hər şey keçir və bunu bilmək isə hüzur verir. Xatirələr insanın vücudunu içdən-içə isidən şeylərdir. Xoş xatirəli, sevgi dolu ömrün olsun, oğul”.
Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən Azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzərlə ailə həyatı qurub.
Cütlüyün 2010-cu ildə İpək adlı qız övladları dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlan övladını dünyaya gətirib. Hazırda isə İradə İbrahimova ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayır.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:27 / 09.09.2022
İradədən oğluna TƏBRİK: "Sevgi dolu ömrün olsun" - FOTO
Hazırda oxunan: İradədən oğluna TƏBRİK: "Sevgi dolu ömrün olsun" - FOTO
Hazırda oxunan: İradədən oğluna TƏBRİK: "Sevgi dolu ömrün olsun" - FOTO
92984
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.