Koronavirusdan sağalan Xalq artistinin qızı: “Atam heç nə yemir” - ÖZƏL

Koronavirusdan sağalan Xalq artistinin qızı: “Atam heç nə yemir” - ÖZƏL

Hazırda oxunan: Koronavirusdan sağalan Xalq artistinin qızı: “Atam heç nə yemir” - ÖZƏL

92786

“Ötən gün, günorta saatlarında atamın koronavirus test nəticəsinin cavabı gəldi. Cavab isə neqativ oldu”.

Bu sözləri Xalq artistinin qızı Aytən Həsənova Bizim.Media-nın əməkdaşı ilə söhbətində açıqlayıb. 

Sənətkarın qızı bildirib ki, atasının sağlamlıq vəziyyəti ağır olaraq qalır. 

“Hələ də özünü yaxşı hiss etmir. Mücadilə aparır, sağalmaq istəyir. Beyninə oksigen getmədiyindən ağır baş ağrıları olur. Halsız vəziyyətdədir. Gözləyirik ki, atamı tezliklə özəl klinika qəbul etsin. Orada MRT-dən keçərək, müalicələrə başlanılacaq” – deyə A. Həsənova bildirib. 
Atasının səhhətinin gündən günə pisləşdiyindən narahatçılıq hiss keçirdiyini söyləyən Aytən Həsənova fikirlərini belə tamamlayıb: 

“Atam heç nə yemir, iştahası demək olar ki, kəsilib. Güclə ona yemək yedirdirəm”. 

Qeyd edək ki, Ə.Həsənovun qızı Aytən Həsənova iddia edib ki, atası koronavirus xəstəsinin olduğu palatanın yanında yerləşdirildiyindən “Covid-19”a yoluxub. 

O, həmçinin bildirib ki, Heydər Əliyev Fondu atasının müalicəsini öz üzərinə götürüb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO