“Qurd” ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Fərid Eminovun pianoçu həyat yoldaşı Leyla Namazzadə ilk dəfə qızı Suğranın üzünü göstərib.
Bizim.Media xəbər verir ki, Leyla əri Fərid və qızı Suğra ilə avtomobildə olduğu zaman ailəlikcə çəkdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb.
Qucağında iki aylıq qızı Suğranın şəkili isə sosial şəbəkə əhli tərəfindən maraqla qarşılanıb. İzləyicilər cütlüyün övladlarına xoş sözlər yazıb.
Qeyd edək ki, Fərid Eminovla evli olan L.Namazzadə məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.
Bu, Fəridin ikinci evliliyidir. Belə ki, repçi 6 ilə yaxındır ki, həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan 10 və 5 yaşlı iki oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media