"The Weeknd" ləqəbi ilə dünyada məşhurlaşan pop ulduz Eybel Makkonen Tesfaye səhnədə xoşagəlməz hadisə ilə üzləşib.
Bizim.Media xəbər verir ki, ötən gün 70.000 tamaşaçı önündə Los Ancelesdəki SoFi Stadionunda konsert proqramı ilə çıxış edən sənətçi səsləndirdiyi "Can't Feel My Face" nəğməsindən sonra səhnəni tərk edib.
Bir neçə dəqiqədən sonra səhnəyə geri qayıdan "The Weeknd" meqa hitini ifa edən zamanı səsini itirdiyini və konsertin ləğv edildiyini söyləyib.
Pərəstişkarları müğənninin səhnədəki monoloqunu lentə alaraq, sosial şəbəkədə yayıblar.
Musiqiçi halından kövrələk bu sözləri dilə gətirib:
“Bu məni öldürür, şounu dayandırmaq istəmirəm, amma indi istədiyim konserti sizə verə bilmərəm. Aldığınız bütün biletlərin pullarını sizə geri qaytaracaqlar. Amma mən çox yaxında sizin üçün daha da möhtəşəm konsert şousu hazırlayacağam".
Rəşad Əliyev, Bizim.Media