Sentyabrın 2-də “Sea Breeze Resort”da açıq səma altında keçirilən “Sea Breeze Disco Night” festivalı hərarəti və möhtəşəmliyi ilə tamaşaçılara unudulmaz, çoşqu dolu anlar yaşadıb.
Bizim.Media xəbər verir ki, Bakı səhnəsində 80-ci illərdə şöhrət və populyarlıq zirvəsinə ucalan Avropanın ən parlaq ulduzları - Tomas Anders, “Pupo”, “Boney M”, “Arabesque”, “Joy” və “Secret Service” çıxış edib.
7-77-yə hər kəsin dilində əzbər olan hitləri və sevilən nəğmələrini arda-arda düzən sənətçilər izləyicilərə əsl musiqi ziyafəti veriblər. Canfəşanlıq və anşlaqla keçən gecədə 1970-ci illərin əvvəllərində yaranan rəqs musiqi janrı hesab olunan “diskoteka” günü bu gün də Azərbaycan dinləyicisi tərəfindən sevilir.
Açıq səma altında keçirilən “Sea Breeze Disco Night” festivalı tezliklə Rusiyanın məşhur musiqi telekanalları “Муз ТВ” və “Zhara TV”də Tural Əsədov və Leyla Quliyevanın aparıcılığı ilə nümayiş olunacaq.
Azərbaycanda isə aparıcılar Rahib Azəri və İlahə Şıxlinskayanın təqdimatında möhtəşəm gecəni “İctimai” televiziyanın efirindən izləmək olacaq.
Rəşad Əliyev, Bizim.Media