“Kainat gözəli”nin 57 il sonrakı görünüşü görənləri MAT QOYDU - VİDEO  

“Kainat gözəli”nin 57 il sonrakı görünüşü görənləri MAT QOYDU - VİDEO  

Hazırda oxunan: “Kainat gözəli”nin 57 il sonrakı görünüşü görənləri MAT QOYDU - VİDEO  

91737

1965-ci ildə “Kainat gözəli” müsabiqəsində tacı alan Tailand əsilli Apasra Honqsakulayanın sosial şəbəkədə yayılan görüntüləri dünya mətbuatının gündəminə düşüb.  

Bizim.Media xəbər verir ki, kadrlarda göründüyü kimi, model əbədi gəncliyin sirrini açıb.  

57 ildən sonra Apasra hələ də eyni dərəcədə gözəl və təravətli görünməyi bacarıb. İndi həyatının ən yaxşı çağında olan bu qadının 75 yaşı var.  

Sosial şəbəkə əhlinin əsas sualı “O, neçə dəfə plastik əməliyyat olunub?” Cavab isə heç biri. Ən azından gözəllik kraliçasının özünün iddia etdiyi budur. Müsahibələrin birində o, hətta əbədi gəncliyinin sirlərini bölüşüb.  

“Pis vərdişlərdən imtina, düzgün qidalanma, idman və su balansını qorumaq. Özünə qulluq haqqında unutmamaq vacibdir” – deyə, A.Honqsakulaya bildirib.  
Keçmiş modelin cavan qalmaq hiylələri arasında dərini bitki yağları və masajlarla qidalandıran kontrastlı duşdur.  

Rəşad Əliyev, Bizim.Media

 




















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO