Bakıda Hindistan Moda Şousu keçirilib - FOTO

Bakıda Hindistan Moda Şousu keçirilib - FOTO

Hazırda oxunan: Bakıda Hindistan Moda Şousu keçirilib - FOTO

91592

Bakıda Hindistan geyimlərindən ibarət “Hindistan Yaradıcılığı Səhnədə” adlı eksklüziv moda nümayişi təşkil edilib. 

Bizim.Media xəbər verir ki, tədbirin təşkilatçısı Hindistanın Bakıdakı səfirliyidir.

Dəb şousunda Hindistanın bir çox tanınmış brendləri iştirak edib. Şouda "ANM Exhibitions" şirkətinin rəhbəri Anil Mehta və Hindistandan gəlmiş rəsmi qonaqlar da iştirak ediblər.

Moda şousunun rəhbəri və xoreoqrafı Anup Banerci olub.

Təqdimat şousuna Hindistandan olan təcrübəli dizaynerlər - “CTC Mall”dan Sudeş Çabra, “Majestic by Japnah” brendindən Harmit və Qambir Capnah, “DeBeau” brendindən Bhavna Şarma və Samant Çauhan da qatılıblar.

Səfirliyin müvəqqəti işlər vəkili Vinay Kumar bu tip tədbirlərin mədəniyyət körpülərimizin qurulmasındakı əhəmiyyətini vurğulayıb.

Gecədə Hind geyim mədəniyyətinin incilərindən olan “Sari”lərin istehsalı ilə bağlı videosujet nümayiş olunub.

Hindistanın məşhur geyim brendlərini nümayiş etdirən azərbaycanlı gənc modellər zalda alqışlarla qarşılanıblar. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO