Kadırov Qroznıda azərbaycanlı müğənniyə qarşı çıxanları açıq dialoqa çağırdı

Kadırov Qroznıda azərbaycanlı müğənniyə qarşı çıxanları açıq dialoqa çağırdı

Hazırda oxunan: Kadırov Qroznıda azərbaycanlı müğənniyə qarşı çıxanları açıq dialoqa çağırdı

91319

Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznıda konsert verməyi planlaşdıran azərbaycanlı müğənni “Jony”nin (Cahid Hüseynli) müdafiəsinə qalxıb.  

Bizim.Media xəbər verir ki, bundan əvvəl sosial şəbəkələrdə istidafəçilərin sənətçinin konsertinə etirazı ilə bağlı şərhləri yer alıb.  

Kadırov onları “divan ilahiyyatçıları” adlandırıb. 

“Kimin ağlına gələrdi ki, məşhur müğənni “Jony”nin Qroznıdakı növbəti konserti dindarların narazılığına səbəb olar. Görürsünüz, “divan ilahiyyatçıları” (islami biliklərdən çox uzaq olan və bir dəqiqə belə din elmlərini öyrənməyənlər) nədənsə bu gün daha fəallaşıb və həm konsertin mövzusuna, həm də ailəm haqda uydurma mübahisələrə fikir verməmək qərarına gəldim” – deyə R.Kadırov rəsmi “Telegram” kanalında yazıb. 

O, həmçinin “müstəsna dindarlığı” ilə öyünənləri bu gün “Qroznıdakı Şadlıq Evində açıq dialoqa” çağırıb. 
Xatırladaq ki, daha əvvəl sosial şəbəkələrdə müğənninin Qroznıda noyabrın 4-də keçiriləcək konsertini tənqid etmişdilər. 

Qeyd edək ki, müğənni 26 yaşlı “Jony” (Cahid Hüseynli) Bakıda anadan olub, lakin altı yaşında ailəsi ilə birlikdə Moskvaya köçüb. “Dövlət İdarəetmə Universiteti”nin magistraturasını bitirib, orta məktəbdən sonra musiqi ilə məşğul olub. O, hazırda Rusiyanın ən parlaq pop müğənnilərindən biridir. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO