“İTV”nin məşhur aparıcı xanımlarının qol güləşi GÜNDƏM OLDU - VİDEO

“İTV”nin məşhur aparıcı xanımlarının qol güləşi GÜNDƏM OLDU - VİDEO

Hazırda oxunan: “İTV”nin məşhur aparıcı xanımlarının qol güləşi GÜNDƏM OLDU - VİDEO

91112

Xəbər verdiyimiz kimi, ötən gün “İTV”nin 17 yaşı olub. Bununla bağlı televiziya kanalın həyətində işçi heyətin iştirakı ilə bayram konserti keçirilib. 

Bizim.Media xəbər verir ki, konsertdə sözügedən kanalın iki məşhur aparıcısı Fəridə Abdulla ilə Xəyalə Hüseynli arasında qol güləşi təşkil olunub. 

Abdullanın əzmkarlığına baxmayaraq Hüseynlinin idmançı olması bu işdə onun yardımına gəlib. Beləcə Xəyalə Fəridəyə qol gücündə qalib gəlib.  

Həmin anları isə Fəridə sosial şəbəkə hesabında paylaşıb. Görüntülər izləyicilər tərəfindən böyük maraq və təəccüblə qarşılanıb.  

Qeyd edək ki, F.Abdulla “İTV”nin idman xəbər aparıcısıdır. X.Hüseynli isə sözügedən kanalda yayımlanan “Fatehin Divanı” axşam şousunda “Qayıtdı Xəyalə” rubrikasının aparıcıdır. Xəyalə aparıcı Turanə Hüseynlinin bacısıdır.  

Rəşad Əliyev, Bizim.Media

 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO