Xəstəxanaya yerləşdirilən Xalq artistinin qızı: “Atamın sağlam orqanı qalmayıb” – ÖZƏL

Xəstəxanaya yerləşdirilən Xalq artistinin qızı: “Atamın sağlam orqanı qalmayıb” – ÖZƏL

Hazırda oxunan: Xəstəxanaya yerləşdirilən Xalq artistinin qızı: “Atamın sağlam orqanı qalmayıb” – ÖZƏL

90942

“Atam hazırda 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. O, tam müayinə olunmayıb.

“MRT”dən keçmək, ürəyinin kardioqrammasının çıxarılması üçün sabah onu şəhər xəstəxanalarının birinə aparacağıq. Hazırda ürəyindəki damarları tıxanıb, başına oksigen getmir”. 

Bu sözləri Xalq artisti Ənvər Həsənovun qızı Aytən xanım Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Sənətkarın qızı atasının səhhətinin ağır olduğunu və bəzi daxili orqanlarının sıradan çıxdığını açıqlayıb.

“Prezidentin ona ayırdığı təqaüdün təsdiq olunmasını istəyirəm. Ona veriləcək 180 manat isə iki dərmanının pulu edir.

Dərmanların da qiyməti heç kimə sirr deyil ki, kifayət qədər yüksəkdir. Bütün dərmanlarını özümüz alırıq. Atam imkansızlıqdan son zamanlar heç şəkər dərmanlarını belə ala bilməyib. Atamın sağlam orqanı qalmayıb. Təcili müalicələr olunmalıdır ki, onu bu ağır vəziyyətdən çıxaraq”. 

Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO