Cennifer toyundan icazəsiz yayılan videoya QƏZƏBLƏNDİ: “Oğurlanıb, pula satılıb” - VİDEO

Cennifer toyundan icazəsiz yayılan videoya QƏZƏBLƏNDİ: “Oğurlanıb, pula satılıb” - VİDEO

Hazırda oxunan: Cennifer toyundan icazəsiz yayılan videoya QƏZƏBLƏNDİ: “Oğurlanıb, pula satılıb” - VİDEO

90931

Hollivud aktyoru Ben Affleklə ailə quran dünya pop səhnəsinin ulduzu Cennifer Lopez sosial şəbəkədə toydan yayılan görüntülərə etiraz edib.

Bizim.Media xəbər verir ki, toy mərasimindən sonra təşkil olunan məclisdə rəqqasların əhatəsində olan müğənni əri üçün “Səndən doymuram” sözlərindən ibarət yeni mahnısını ifa edib.

Ulduzun pərəstişkarları həmin videonu sosial şəbəkə hesablarında paylaşdıqdan sonra Lopez istifadəçi şərhlərindən birinə şəxsən cavab verib.

İcazəsiz çəkilib və nöqtə. Kim bunu etdisə, bizim intim anımızdan istifadə edib. Bunu necə bacardığınızı təsəvvür belə edə bilmirəm, çünki hamı gizlilik müqavilələri imzaladı və biz qonaqlardan onlayn heç nə dərc etməmələrini istədik.
Nə bölüşmək istədiyimizə qərar verməliyik. Nəyi pərəstişkarları ilə bölüşməyə hazıramsa, yeri gələndə “OnTheJLo” vebsaytımda dərc edirəm. Bu isə bizdən xəbərsiz oğurlanıb və pula satılıb” – deyə Cennifer yazıb.  

Bu mesajdan sonra fan hesabından sözügedən görüntülər silinib.   

Qeyd edək ki, Cennifer Lopez və Ben Afflek avqustun 21-də aktyorun Riseborodakı malikanəsində toy ediblər. Aşiqlər uzun müddətdir ki, mərasimdən fotolar yayımlamırdılar, lakin Lopez bu yaxınlarda şənlikdə geyindiyi üç paltarı da pərəstişkarlarına nümayiş etdirib. 

Rəşad Əliyev, Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO