Həbs olunan müğənni Gülşen Çolakoğlunun 4 il əvvəl qatıldığı konsertdə yaşadığı qalmaqallı hadisənin videosu sosial şəbəkələrə yayılıb.
Bizim.Media xəbər verir ki, "Ordu" günü ilə bağlı konsertdə iştirak edən sənətçi aparıcının kulis arxasında ona söylədiyi "Corabını çək, nazir gəlir" sözlərini minlərlə tamaşaçının göz önündə səhnədə üzünə vurub.
Dili-dodağı tutulan aparıcı isə müğənninin bu sözlərinə "Zarafat etmişəm" deyib və səhnəyə Ordu bələdiyyə başçısı Enver Yılmazı çağırıb və səhnədən gedib.
Gülşen E.Yılmazla salamlaşdıqdan sonra "Ümüd edirəm ki, gələn konsertdə bir də belə bir şüursuz aparıcını seçməzsiniz. Çünki nə sənətə, nə sənətçiyə, nə də ki sizə, heç kimə yaraşmayacaq "Corabını çək" sözlərini deyir. Bir sənətçinin nə edəcəyinə bir məntiqi olmayan aparıcı qərar verə bilməz. Bir ölkəni sənət və sənətçilər var edər" fikirlərini ifadə edərək, bu çıxışı ilə tamaşaçıların alqışı və rəğbətini qazanıb.
Qeyd edək ki, aprel ayında konsertində “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” söylədiyi sözlərə görə G.Çolakoğlu avqustun 25-i axşam saatlarında həbs edilib.
Rəşad Əliyev, Bizim.Media