Rühəngiz gəlinindən DANIŞDI: “Ona qaynana yox, dostam” – VİDEO 

Rühəngiz gəlinindən DANIŞDI: “Ona qaynana yox, dostam” – VİDEO 

Hazırda oxunan: Rühəngiz gəlinindən DANIŞDI: “Ona qaynana yox, dostam” – VİDEO 

90575

“Qaynana yox, birinci növbədə dostam. Gəlinimdən özümə qarşı pis münasibət görməmişəm. O da məndən görməyib. Onunla dostam”.  
 
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva “Maqazin Plyus” verilişinə müsahibəsində deyib.  
 
Gəlinindən ağız dolusu danışan sənətçi ona qaynana deyil, dost olduğunu söyləyib:

“Gəlinim də bir evin qızıdır. O da bizə gəlib ki, xoşbəxt olsun. Yaşasın, geyinsin-keçinsin, yesin-içsin, dünyaya övlad gətirsin”.  
Müsahibəsində R.Allahverdiyeva ailə qurmaq istəyən gənclərə və onların valideynlərinə məsləhətindən də qalmayıb: 
 
“Gənc olurlar, başqa evə gəlirlər. Öyrəşincə, gəldiyi ailənin havasını udub, xasiyyətini götürüncə, zaman lazımdır. O zamanda da şərait yaratmaq lazımdır. Ola bilər ki, gəlin yuxudan gec dursun və ya nəyisə bişirə bilsin və ya bilməsin. Hər şey ola bilər. Gəncləri yola vermək lazımdır”.  
 
Qeyd edək ki, R.Allahverdiyevanın 2 oğlu və bir qızı övladı var.  
 
Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO