Dünyanın ən məşhur ər-arvadı Milanda alış-verişdə - FOTO 

Dünyanın ən məşhur ər-arvadı Milanda alış-verişdə - FOTO 

Hazırda oxunan: Dünyanın ən məşhur ər-arvadı Milanda alış-verişdə - FOTO 

90511

Ötən həftə özlərinə təmtəraqli toy çaldıran dünyaca məşhur Cennifer Lopez və Ben Afflek cütlüyü bal ayında İtaliyanın döyünən ürəyi Milan şəhərində alış-verişə çıxıblar.  

Bizim.Media xəbər verir ki, Hollivud ulduzlarının hər addımlarını izdihamlı turistlər və paparassilərin izləməsi aşiqləri narahat etməyib.  

Cey Lo nəfis görünüşü ilə diqqətləri üzərinə cəmləyib.  

Pop ulduz “təpədən dırnağa” ağ geyinib. Ben isə cırıq cins şalvarda, mavi köynəkdə və ağ idman ayaqqabısında “casual” tərzi ilə göz oxşayıb.  

Çəkilən fotoların birində Ben butikdə özünü saxlaya bilməyib əlini xanımının belinə qoyub. Cütlüyün sevgi dolu baxışları və davranışları görənlərin diqqətini çəkib.  

Rəşad Əliyev, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO