Türkiyənin pop ulduzu Gülşən Çolakoğlu konsertlərin birində söylədiyi, "İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir" sözlərinə görə həbs edilib.
Bizim.Media xəbər verir ki, İstanbul Baş Prokurorluğunda müğənni barədə xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama ittihamı ilə cinayət işi açıb.
Hakim qarşısına çıxarılan sənətçi həbs olunub.
O, istintaq müddətini Bakırköy qadın və uşaq həbsxanasında keçirəcək.
Qeyd edək ki, Gülşen bir neçə saat əvvəl sosial şəbəkə hesabında səsləndirdiyi fikirlərə görə üzr istəyib.
Rəşad Əliyev, Bizim.Media
![](http://ssl.bizim.media/file/articles/2022/08/25/1661451314_photo_2022-08-25_22-02-49.jpg)