Kərim Abbasov toya hazırlaşır: “200-ə yaxın qonağım olacaq” – ÖZƏL  

Kərim Abbasov toya hazırlaşır: “200-ə yaxın qonağım olacaq” – ÖZƏL  

Hazırda oxunan: Kərim Abbasov toya hazırlaşır: “200-ə yaxın qonağım olacaq” – ÖZƏL  

90415

“İstirahətdə olsam da, başım övladımın kiçik toy hazırlıqlarına qarışıb”. 

Bu sözləri müğənni Kərim Abbasov Bizim.Media-nın əməkdaşı ilə söbətində deyib. 

Övladına təmtəraqlı məclis quracağını söyləyən sənətçi şənliyə say-seçmə həmkarlarını dəvət edəcəyini bildirib.  

“200-ə yaxın qonağım olacaq. Məclisə bir sıra sənət dostlarımı dəvət edəcəyəm. Onlarsız şənlik olmaz. Amma onların sayı çox olmayacaq. Yeddi-səkkiz mənim üçün özəl olan həmkarım dəvətlilər sırasında olacaq”. 

K.Abbasov tezliklə daha bir gözlənilməz duetini təqdim edəcəyini dilə gətirib.  

“Bir bəy həmkarımla gözəl bir mahnı lentə almışıq. Hazırda sözügedən duet üzərində işlər tamamlanır. Duet ortağımın kimliyini və nəğməni elə məhz oğlum Yusifin kiçik toy məclisində təqdim edəcəyəm”. 

Qeyd edək ki, Kərim Abbasov Təranə adlı xanımla evlidir. Onların bu nikahdan Yusif adlı bir oğlan övladı var.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO