Diana Əhədpurla eks-deputat arasında çimərlikdə DAVA – FOTO/VİDEO

Diana Əhədpurla eks-deputat arasında çimərlikdə DAVA – FOTO/VİDEO

Hazırda oxunan: Diana Əhədpurla eks-deputat arasında çimərlikdə DAVA – FOTO/VİDEO

90396

Bodrumun “Mandarin Oriental” hotelində Cumhuriyet Xalq Partiyasının (CHP) keçmiş deputatı Aydın Ayaydın ilə azərbaycanlı model, iranəsilli iş adamı Manuçehr Əhədpurun həyat yoldaşı Diana Əhədpur arasında qalmaqal yaşanıb. 

Bizim.Media “Sabah” nəşrinə istinadən xəbər verir ki, davaya səbəb Diananın 6 yaşlı oğlunun dənizə girib suyu sıçratması olub.

Bunu görən Aydın uşağa acıqlanaraq, üstünə qışqırıb. Uşaq ağlayaraq anasının yanına qaçıb.  

Hadisədən xəbərdar olan Diana Əhədpur Ayaydına etiraz səsini ucaldıb. 

“Uşağımın üstünə niyə qışqırırsınız? Narazılığınızı mənə bildirərdiniz, uşağı niyə qorxudursuz?” - deyə Diana bildirib.  

Diananın sözlərinə görə, Aydın hiddətlənərək modelə hücum çəkib. Bu azmış kimi qarşı tərəfi təhqir də edib. 

“Rədd olun, gedin buradan. Gedin öz ölkənizə eşşəklər” – deyə A.Ayaydın söyləyib. 

Qalmaqallı insident sosial şəbəkələrdə yayıldığından sonra Aydın Dianadan və onun ailəsindən üzr istəyib.  

Qeyd edək ki, 36 yaşlı azərbaycanlı model Diana Əhədpur Türkiyə və BƏƏ-də şəxsi biznesə sahibdir. Model hazırda həyat yoldaşı Manuçehr Əhədpurla Dubayda yaşayır. 

Rəşad Əliyev, Bizim.Media
 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO