Elnarədən qadınlara: “Kişilərin qarşısında əyilməyin” - VİDEO 

Elnarədən qadınlara: “Kişilərin qarşısında əyilməyin” - VİDEO 

Hazırda oxunan: Elnarədən qadınlara: “Kişilərin qarşısında əyilməyin” - VİDEO 

89575

“Düzdür, hələ ki nənə deyiləm. Amma bir xanım və ana kimi çox xoşbəxtəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu “Tam vaxtıdır” gecə şousunda deyib.

Sənətçi bildirib ki, qadın heç bir kişinin önündə əyilməməli, sınmamalıdır.

“Həyatda çox çətinliklər ola bilər. Amma ailəni qoruyub  saxlamağı bacarmalısan. Bütün xoşbəxtlikləri qadın öz ailəsində yaradır. Heç kim deməsin ki, nəyəsə görə narahat oldum, bu gün imkanımız olmadı... Üzümü cavan nəslə tutub deyirəm ki, hər şey biraz gec ola bilər.
Həyatda istədiklərinizi bir az gec əldə edə bilərsiniz. Bütün xanımlara həyatın şilləsinə, yumruğuna və təpiyinə dözməyi arzu edirəm. Onlara mətanətli və qeyrətli olmağı arzu edirəm. Heç bir zaman heç bir kişinin önündə əyilməməyi diləyirəm.

İnsan öz ailəsinin qarşısında əyilər də, sınar da. Amma öz ailəsindən başqa bir kəsin qarşısında heç zaman əyilmir, sınmır. Dünya sizindir və sizin olacaq, əziz qadınlar”.

Qeyd edək ki, E.Abdullayeva Elxan adlı şəxslə evlidir. Müğənni açıqlmalarının birində ərinin ondan dörd yaş kiçik olduğunu söyləyib. Cütlüyün bir qız və bir oğlan övladı var.

Rəşad Əliyev, Bizim.Media
 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO