Xalq artisti Yusif Eyvazovun opera və vokal ifaçısı olan həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko dəniz sahilində paylaşdığı fotolarla dillərə düşüb.
Bizim.Media xəbər verir ki, sənətçinin xanımı qızılı tonlarda çimərlik geyimində obyektiv qarşısına keçib.
İtalyada ailəsi ilə birlikdə istirahət edən 50 yaşlı Anna sosial şəbəkə hesabında yayımladığı fotolara, "Gözlərimi açdım, dənizə getdim. "Qızıl qız" olmaq istəyirsənsə ol və heç kimdən bu haqda soruşma" şərhini yazıb.
İzləyicilər A.Netrebkonun qızılı çimərlik geyiminin ona yaraşdığını qeyd etsələr də, sənətçinin yazdığı cavab onları məəttəl qoyub.
"Əynimdə gördüyünüz bu geyimi olduqca ucuz qiymətə, təxminən 5 avroya İtalyanın çimərliyindən almışam", - deyə Anna bildirib.
Qeyd edək ki, A.Netrebko bahalı və lüks həyat tərzi sürür. Sənətçinin bir sıra şəhərlərdə evləri var.
Bir müddət öncə müğənninin Avstriyanın paytaxtında 7,2 milyon manatlıq 225 kvadrat sahəsi olan mülkü olduğu üzə çıxıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
03:29 / 20.08.2022
Rusiyalı milyonçu müğənni: "Çimərlik geyimimi 5 avroya almışam" - FOTO
Hazırda oxunan: Rusiyalı milyonçu müğənni: "Çimərlik geyimimi 5 avroya almışam" - FOTO
Hazırda oxunan: Rusiyalı milyonçu müğənni: "Çimərlik geyimimi 5 avroya almışam" - FOTO
89502
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.