Ancelinanın Bredlə təyyarədəki davadan sonra qançır izlərinin FOTOLARI yayıldı 

Ancelinanın Bredlə təyyarədəki davadan sonra qançır izlərinin FOTOLARI yayıldı 

Hazırda oxunan: Ancelinanın Bredlə təyyarədəki davadan sonra qançır izlərinin FOTOLARI yayıldı 

89457

Keçmiş ər-arvad və Hollivud ulduzları Ancelina Coli ilə Bred Pittin arasında dava-dalaş və məhkəmələr “acı bağırsaq” kimi uzandıqca uzanır.  

Bizim.Media “Page Six” nəşrinə istinadən xəbər verir ki, Ancelinanın 2016-cı ildə şəxsi təyyarədə Bredlə mübahisəsi nəticəsində aldığı qançırlar və göyərmələrin fotoları yayılıb.  

Aktrisanın qolunda və dirsəyində qançırlar olan şəkillər FTB-nin bir neçə gün əvvəl açıqlanan hesabatında yer alıb.

Coli Pitti uçuş zamanı onu və uşaqları təhqir, həmçinin onlara qarşı fiziki zorakılıq tətbiq etməkdə günahlandırıb.  

Maddoks cütlüyünün böyük oğlu ona cavab verməyə çalışıb, daha sonra Colinin fərziyyəsinə görə Pitt oğlana hücum etməyə çalışıb. Coli isə öz növbəsində onu dayandırmağa çalışıb.  

Aktrisanın sözlərinə görə, eyni vaxtda sərxoş olan Pitt onu “başından, sonra çiyinlərindən tutub” silkələyib və divara itələyib. Aktrisa kürəyində və dirsəyində qançırlar, qolunda sıyrıqlar aldığını bildirib.  

Lakin Pitt, onun dediyinə görə, yalnız bir cızıqla xilas ola bilib. Hadisə uşaqları qorxudub, ağlayan və anasının yaxşı olub-olmadığını soruşan aktyor buna belə cavab verib:  

“Yox, ana yaxşı deyil. O, bu ailəni məhv edir. O dəlidir” – deyə Bred cavab verib.  

Colinin dediyinə görə, bu hadisədən sonra uşaqlar fiziki və ruhi travma alıblar. Ancelina Coli ərini bu hərəkətinə görə bağışlamayıb və boşanmaq üçün məhkəməyə müraciət edib.  

Həmçinin, aktrisa öz xahişi ilə FTB-yə müraciət edib. Hüquq-mühafizə orqanları Pittin günahını tapmayıb.  

Nəticədə, Coli FTB-ni məhkəməyə verib və araşdırmanın təfərrüatlarını əks etdirən sənədlər bir anda bir neçə qərb mediasında dərc olunub. Pittə yaxın olan insayderlərin sözlərinə görə, aktyor hesab edir ki, Coli bunu bilərəkdən edir, mümkün qədər keçmiş ərini incitmək istəyir.  
Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə görüşməyə başlayıblar və 2014-cü ildə evləniblər. Toydan iki il sonra Ancelina Coli təyyarədə baş verən insidentdən sonra boşanmaq üçün məhkəməyə müraciət edib.  

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO