Rozanın qarnındakı “paxlavaları” nümayiş etməsi izləyiciləri QƏZƏBLƏNDİRDİ: “Fotoşopdu”  

Rozanın qarnındakı “paxlavaları” nümayiş etməsi izləyiciləri QƏZƏBLƏNDİRDİ: “Fotoşopdu”  

Hazırda oxunan: Rozanın qarnındakı “paxlavaları” nümayiş etməsi izləyiciləri QƏZƏBLƏNDİRDİ: “Fotoşopdu”  

89431

Müğənni Roza Zərgərli yeni fotoları ilə dillərə düşüb.  

Bizim.Media xəbər verir ki, Türkiyədə istirahətdə olan sənətçi neon yaşıl “top” və açıq mavi tonda, dizləri yırtılmış cins şalvarda obyektiv qarşısına keçib.  

Roza yenə də bədən quruluşu ilə sosial şəbəkə əhlinin müzakirə predmetinə çevrilib. Belə ki, izləyicilər fotoda Zərgərlinin həcmli sinəsini və qarın hissəsində olan “paxlavaların” yalan olduğunu yazaraq, bu nəticəni idmanla deyil, “fotoşop” ilə əldə etdiyini yazıblar.  

““Fotoşopdu? O göbəyə beldən aşağısı uymur nəsə”, “Elə bil beldən aşağı nəsə doldurulub”, “Fotoşop edəndə əliniz yaddan çıxıb, o necə əldir elə”, “Bu necə qarındı, göbəkdi?”, “O qədər fotoşopdan istifadə edib ki, bir qolu toppuş, digəri isə incə olub. Barmaqlarına diqqət yetirin, qarnını yığmaq üçün...”, “Fotoşopun bu cür pis variantını görməmişdim””- deyə izləyicilər Rozanın yayımladığı şəklin şərh bölməsinə yazıblar.  

R.Zərgərli isə yazılan tənqid və “fotoşop” iddialarına cavab verməyib.  

Qeyd edək ki, Roza Zərgərli sonuncu müsahibəsində “6 ildir ki, səhhətimdəki problemləri həll etməyə çalışıram. Daha əvvəl "liposaksiya" əməliyyatı keçirdim. Söylədilər ki, bədən şəkilləndirmə əməliyyatı keçirib.
Amma heç bir plastik əməliyyatdan söhbət getmirdi. Sağ ayağımda problem olduğuna görə, protez qoyulmalı idi. Bu əməliyyatı keçirmək üçün zamanı həkimimlə uzatdım. Çəkimi azaltmaq üçün arda-arda "liposaksiya", kök hüceyrə əməliyyatları keçirdim” açıqlaması vermişdi.  

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO