Cey Lo ilə Afflekin üç günlük toyu bu malikanədə olacaq - FOTO

Cey Lo ilə Afflekin üç günlük toyu bu malikanədə olacaq - FOTO

Hazırda oxunan: Cey Lo ilə Afflekin üç günlük toyu bu malikanədə olacaq - FOTO

89189

Xəbər verdiyimiz kimi, dünyaca məşhur cütlük Cennifer Lopez ilə Ben Afflek ulduz qonaqların iştirakı ilə geniş miqyaslı şənlik üçün hazırlıqlara başlayıblar və bayramın keçiriləcəyi məkana da qərar veriblər.  

Bizim.Media “TMZ” nəşrinə istinadən xəbər verir ki, toy mərasimi Ben Afflekin Corciya ştatının Riseboro şəhərindəki dəbdəbəli malikanəsində keçiriləcək.  

Evlər və Bağçalar xidmətinin məlumatına görə, malikanə Savannadan kənarda yerləşir və Şimali Nyuport çayının və Hempton adalarına açılan əsrarəngiz mənzərəyə baxır.  

Qeyd edək ki, Ben Afflek və Cennifer Lopez iyulun 16-da gizli şəkildə nişanlanıblar. Toy nişan elanından cəmi bir neçə ay sonra baş tutub. Aşiqlər Las-Veqasdakı Kiçik Ağ Kapellada evlənib - sevgililər digər cütlüklərlə birlikdə toy üçün növbəyə düzülüblər.   

Toydan demək olar ki, dərhal sonra Ben və Cey Lo bal ayı üçün Parisə uçublar və rəsmi nikah şəhadətnaməsini nümayiş etdiriblər.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO