Renka bacısına avtomobil HƏDİYYƏ ETDİ - VİDEO

Renka bacısına avtomobil HƏDİYYƏ ETDİ - VİDEO

Hazırda oxunan: Renka bacısına avtomobil HƏDİYYƏ ETDİ - VİDEO

89153

“Renka” ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova bacısı Səadətə gözlənilməz, xoş sürpriz edib. 

Bizim.Media xəbər verir ki, rəqqasə bacısına avtomobil hədiyyə edib. 

Bu haqda Səadət sosial şəbəkə hesabında məlumat yayıb. O, “Renka”nın qaldıqları evin darvazası önündə videosunu çəkib, paylaşaraq, kadrlarda bu sözləri dilə gətirib. 

“Dünən mənə velosiped aldın. İndi isə mənə avtomobil alıb. Necə axı necə? Dünəndən bəri mənə heç nə demir. Köhnə avtomobili servisə aparıb. Amma qayıtdığında bu yeni avtomobillə gəlib” – deyə R.Ağamuradova bildirib. 
Qeyd edək ki, ötən ay “Renka” özünə “Toyota Yaris” avtomobilini almışdı. Rəqqasə yeni nəqliyyat vasitəsinə 45 min manata yaxın pul ödəyib. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO