“Xəzər Axşamı” verilişinin aparıcısı, Əməkdar artist Könül Kərimovanın qonağı onun ifaçı oğlu Rəşad Kərimov olub.
Bizim.Media xəbər verir ki, axşam şousunda övladı ilə duet oxuyan sənətçi ondan gileylənib.
“Sən uşaq olanda hara gedirdimsə, özümlə səni aparırdım. Artıq böyümüsən. İndi sən hara getsən, məni də özünlə apar. Nə olacaq axı? Uşaqlar böyüdükcə niyə belə edir? Bundan sonra məni özünlə aparacağına söz ver” – deyə K.Kərimova bildirib.
R.Kərimov isə anasının bu gileyinə baş sallayaraq, onu verilişinə dəvət edən anasına təşəkkürünü bildirib.
Qeyd edək ki, Könül Kərimovanın subay oğlu Rəşaddan savayı, ailəli olan Ləman adında daha bir qızı var.
Rəşad Əliyev, Bizim.Media