Roza Zərgərli:

Roza Zərgərli: "Qızımın ad günü mənə 6000 manata başa gəlib" - VİDEO 

Hazırda oxunan: Roza Zərgərli: "Qızımın ad günü mənə 6000 manata başa gəlib" - VİDEO 

88402

Müğənni Roza Zərgərli Türkiyədə ifaçılıq karyerasına başlayan qızı Bənövşədən danışıb.

Bizim.Media xəbər verir ki, ötən illərdən fərqli olaraq sənətçi bir müddət əvvəl qızının doğum gününə daha az pul xərclədiyi ilə bağlı "Maqazin plus"a müsahibə verib. 

"Ömür boyu Bənövşənin ad günü mənə 5000-6000 manata başa gəlib. Bu ilki doğum günündə isə cəmi 200 manat xərcləmişəm.

Ona 101 qızıl gün almışam. Qızım ad günündə beş-altı nəfər rəfiqələri ilə yığışıb, kiçik yığıncaq elədi. O öz maaşı ilə doğum gününü keçirib. Ad günü tortu və dekorasiyanı isə mən təşkil etmişdim. Çox sağol Bənövşə qızım, daha məni əlavə xərcə salmırsan" - deyə, R.Zərgərli bildirib.  
 
Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO