Röya şəhidin sevgilisinə yazdığı məktubu oxudu - VİDEO 

Röya şəhidin sevgilisinə yazdığı məktubu oxudu - VİDEO 

Hazırda oxunan: Röya şəhidin sevgilisinə yazdığı məktubu oxudu - VİDEO 

87991

Xalq artisti Röya Ayxan şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı ifa edib.  

Bizim.Media xəbər verir ki, şəhidin qardaşı Hikmət Əliyev həmin məktubu bəstəkar Fərid Kərimliyə göstərib.  

O isə məktubdakı sözlərə musiqi bəstələyib. Mahnının adı “Yada düşürsən” adlanır.  Xalq artisti Nurəddin Mehdixanlı isə şəhidə yazılan sözləri qiraət edib.  

Röya studiyada mahnını lentə aldığı zaman həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.   
“Ürəyimdən gəldi, demo paylaşmaq istədim. Notlarda səhvim ola bilər. Fikir verməyin. Çünki sözlər ürəyimə toxundu”- deyə müğənni yazıb. 

Qeyd edək ki, Pərviz Həsən oğlu Əliyev Birinci Qarabağ müharibəsində iştirak edib. O, Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO