“Sənətə gəldiyim gündən kimin iynənin ucu qədər üzərimdə haqqı varsa, hələ də çıxışlarımda qeyd edir, adlarını fəxrlə çəkirəm. Çünki onların yox, mənim fəxrimdir ki, məni dəyərləndirib, qiymətləndirib, fərqləndiriblər.
Təcrübələrinin sayəsində nəyisə onlardan götürə bilmişəmsə, özümdə də onu tədbiq edə bilmişəmsə, bu, mənim əvəzsiz xəzinəm, şəxslərinə isə bir ömür boyu minnətdarlıq borcum var”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında yazıb.
O, bir neçə gün əvvəl verilişlərin birində sənətdə uğur qazanmasında kömək olduğu müğənninin onun adını çəkməməsinə etiraz edib.
A.Haşımova həmin sənətçinin kimliyini açıqlamasa da, onu paylaşdığı postu ilə biabır edib.
“Dünən vaxtilə özümlə bərabər efirə çıxmağında, tanınmağında bilmədiyi əsərləri öyrətdiyim, köməyim dəydiyi bir xanım sənətdə ona kömək edənlərin, vaxtilə təhsil aldığı kənd məktəbində çalışan insanlara qədər hamısının adını çəkir. Amma bir dönüb demir ki, bu insan da məni öz verlişlərində əlimdən tutub çəkdirib.
Özü də AzTV-nin hələ çoxlarının o dövrdə görünə bilmədiyi ən baxımlı verilişlərinə çıxartdırıb bu insan məni. Yaxşı ki, lent yazıları durur məndə. Əslində o insanın mənə yox, özünə nə qədər pislik etdiyindən xəbəri belə yoxdur.
Nankorluq dünyanın ən ağır günahıdır. Bunu unutma, insan oğlu!”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:51 / 08.08.2022
Aybəniz Haşımova həmkarını “yıxıb-sürüdü”: “Nankorluq dünyanın ən ağır günahıdır” - FOTO
Hazırda oxunan: Aybəniz Haşımova həmkarını “yıxıb-sürüdü”: “Nankorluq dünyanın ən ağır günahıdır” - FOTO
Hazırda oxunan: Aybəniz Haşımova həmkarını “yıxıb-sürüdü”: “Nankorluq dünyanın ən ağır günahıdır” - FOTO
87525
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.