Daha bir Hollivud ulduzu Ukraynada - FOTO/VİDEO

Daha bir Hollivud ulduzu Ukraynada - FOTO/VİDEO

Hazırda oxunan: Daha bir Hollivud ulduzu Ukraynada - FOTO/VİDEO

87479

Hollivud ulduzu Cessika Çesteyn Ukraynanın paytaxtı Kiyev şəhərinə səfər edib.  

Bizim.Media xəbər verir ki, aktrisa səfəri zamanı ölkə prezidenti Volodimir Zelenski ilə görüşüb. 

“Amerikalı aktrisa Cessika Çesteyn bu gün Ukraynadadır. Bizim üçün məşhur insanların belə səfərləri çox dəyərlidir. Bu, dünyanın ölkəmizdə baş verən hadisələr haqqında həqiqəti daha çox eşitməsinə, bilməsinə və anlamasına imkan verəcək. Dəstək üçün təşəkkür edirəm!” - deyə Zelenski görüşdən olan fotoları Facebook hesabında paylaşıb. 
Aktrisa Ukraynaya qatarla gəlib və KİV-in məlumatına görə, “Oxmatdıt” uşaq xəstəxanasına baş çəkib. 

Cessika Çesteyn tibb mərkəzinin ərazisinə qara rəngli “Toyota”da gəlib. 

“Oscar”ın qalibinə “Oxmatdit” müharibə dövründə necə fəaliyyət göstərdiyi izah edilib. Xəstələr ona xatirə hədiyyəsi təqdim ediblər. 

“Oxmatdit”də aktrisa Xerson və Çerniqovdan olan uşaqları ziyarət edib. Qızlardan birinə o, qütb ayısı oyuncağını hədiyyə verib. Öz növbəsində qızcığaz aktrisaya rəsmləri olan albomunu göstərib.  

Rəşad Əliyev, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO