Mərhum Səyyad Əlizadənin oğlu müğənniliyə BAŞLADI – VİDEO 

Mərhum Səyyad Əlizadənin oğlu müğənniliyə BAŞLADI – VİDEO 

Hazırda oxunan: Mərhum Səyyad Əlizadənin oğlu müğənniliyə BAŞLADI – VİDEO 

87260

Mərhum müğənni Səyyad Əlizadənin oğlu Atabəy atasına mahnı həsr edib.  

Bizim.Media xəbər verir ki, sənətçinin oğlu səs yazma studiyasında “Ata” adlı nəğməsini lentə alıb.

Atabəy sözügedən mahnını sənətkarın verilişlərdəki çıxışlarından yer alan görüntülərlə klip halına gətirərək, sosial şəbəkə hesabında paylaşıb.  

Mərhum sənətkarın bir çox həmkarları Atabəyə dəstək olub, ifasını “Instagram” səhifələrində yayımlayıblar. Qeyd edək ki, ötən ilin sentyabr ayında koronavirusa yoluxan S.Əlizadə Mərkəzi Gömrük Hospitalında xəstəxanaya yerləşdirilmişdi.

63 yaşlı müğənni süni tənəffüs aparatına qoşulsa da, ağciyərinin 80 faizinin buzlaşması səbəbi ilə onun həyatını xilas etmək mümkün olmamışdı.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO