“Göyçək” Fatimə əməliyyat üçün Türkiyəyə getdi - VİDEO

“Göyçək” Fatimə əməliyyat üçün Türkiyəyə getdi - VİDEO

Hazırda oxunan: “Göyçək” Fatimə əməliyyat üçün Türkiyəyə getdi - VİDEO

86780

“Vaxtında gəlməsəydim, ciddi nəsə ola bilərdi. Bu da savadsız həkimlərimiz ucbatından baş verdi. Düşünməyin ki estetik etdirirəm, xeyr. Tamamilə başqa bir əməliyyatdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Göyçək” ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib. 

Səhhətində yarananan ciddi problemlər səbəbindən Türkiyəyə əməliyyata yollanan rəqqasə xəstəxanaların birində əməliyyat olunacağını söyləyib. 

“Təəssüflər olsun ki, bəzi savadsız həkimlər hələ də Bakıda çalışırlar. Ona görə də gəldim İstanbula. Bir azdan məni əməliyyata alacaqlar. İnşallah, hər şey yaxşı olacaq” - deyə, Fatimə bildirib. 
Qeyd edək ki, bir müddət əvvəl F.Fətəliyeva Bakıda burnunda (rinoplastika) eyni zamanda göz qapaqlarınıda (blefaroplastika) əməliyyatını keçirmişdi. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO