Xalq artisti bacısının ölümündən DANIŞDI:

Xalq artisti bacısının ölümündən DANIŞDI: "21 gün sonra da atamı itirdim" - VİDEO

Hazırda oxunan: Xalq artisti bacısının ölümündən DANIŞDI: "21 gün sonra da atamı itirdim" - VİDEO

86630

“Balacaxanım adında böyük bacım vardı. O, 25 yaşında dünyasını dəyişdi. Doğulandan astma xəstəliyindən əziyyət çəkirdi. Nəfəs almaqda çətinlik çəkirdi və ürəyində problemləri vardı. Onun yeganə bir oğlu vardı. O, dünyasını dəyişəndə mən kiçik yaşda idim. Valideyinlərim bacımın vəfatından  sonra bir aya qocaldılar. Anamın saçı ağarmışdı. 21 gün keçdikdən sonra atam dünyasını dəyişdi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Təranə Muradova qonaq olduğu “Onun sirri” verilişində deyib. 

Ailəsində arda-arda ağır itkilər yaşayan rəqqasə anasının çətinliklərə sinə gəldiyini söyləyərək, qəhərdən göz yaşlarına hakim olmayıb.  

“Atamı itirəndən sonra xalam məni öz evinə apardı. Anamın çəkdiklərini görməmək üçün 40 gün evdə yaşamadım. Onlar məndən bir çox şeyləri gizlədirdilər. 40 gündən sonra anamın ağ saçını görürdüm və tumarlayırdım. Anam çox güclü qadın idi. Ana böyük dayaq, ata isə böyük gücdür (ağlayır). Anam öz həyatını bizə qurban verdi. Anam keçirdiklərini büruzə vermirdi. Deyirdim ki, niyə saçlarını rəngləmirsən? Deyirdi ki, mənə ağ saç yaraşır. Bu hadisələrdən sonra daha bir bacımı və qardaşımı itirdim”. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO