Xalq artisti efirə Londonda yaşayan qızı ilə çıxdı - VİDEO

Xalq artisti efirə Londonda yaşayan qızı ilə çıxdı - VİDEO

Hazırda oxunan: Xalq artisti efirə Londonda yaşayan qızı ilə çıxdı - VİDEO

85963

“Plastik əməliyyat etdirməmişəm, amma etdirəcəyəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova qonaq olduğu “Xəbər-ətər” səhər şousunda deyib. 

Aktrisa onu əməliyyat vasitəsi ilə gözəlləşməsinə qarşı çıxaraq, tənqid edən izləyicilərə efir vasitəsi ilə cavab yollayıb. 

“Kimin qızından əskiyəm? Niyə plastik əməliyyat etdirməyim? Niyə gözəlləşməyim? Bədənlə işim yoxdur, əsas üzümü əməliyyat etdirəcəyəm”. 

F.Mahmudova verilişə yalnız deyil, ilk dəfə Londonda yaşayan qızı İntizar da qatılıb.

Xalq artistinin sözlərinə görə, İntizar kiçik qızı Nigar kimi ifaçılıq fəaliyyəti ilə məşğuldur.

“Böyük qızım Azərbaycan Dillər Universitetində bakalavr və magistraturasında oxuyub. London təhsili var. Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetində dərs deyir. Xalq artisti Xuraman Qasımova qızımı səsinə görə ikinci kursa qəbul etdi. Sonra ailə həyatı qurdu və bir az sənətinə fasilə verdi. İndi həyat yoldaşı icazə versə, niyə də oxumasın?”.
Qeyd edək ki, F.Mahmudovanın qızı Nigar Tofiqqızı həm müğənnilik, həm də aktrisa kimi fəaliyyət göstərir. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO