“Artıq 25 ildir ki səhnədəyəm. Bu illər ərzində çox sayda zərbələr almışam. Allaha minnətdaram ki, hər zaman mənə güc verdi və ən əsası isə mərdiməzarlardan qorudu. Məni qoruyan mələyim anamdır. O dəstəyi hər zaman anamdan almışam. Biz bir yerdə düşmüşük və bir yerdə qalxmışıq (ağlayır)”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Göyçək Fatimə” ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva qonaq olduğu “Günün sədası” verilişində deyib.
Çətin və keşməkeşli həyat yolundan söz açan rəqqasə çoxlarının onun bu yaşda və görünüşdə nənə olmasına inanmadığını bildirib.
“Çox əziyyətlər çəkmişəm və hələ də çəkirəm. Mənə baxanlar şok olur ki, bu yaşda mən nənə statusunu daşıyam. Bu yaxınlarda qızım Aydanla İstanbula getmişdim. Mağazada nəsə alırıq, Aydan “ana” deyərək, məni çağırmağa. Satıcı gözlənilmədən Aydana yaxınlaşıb, soruşdu ki “Bu sənin anandır?” O isə cavabında söylədi ki “Bəli anamdır və artıq nənə olub”. Satıcı şok keçirdi ki, heç ananıza oxşamır, qaldı ki nənə olsun”.
Qeyd edək ki, 3 il əvvəl Fatimə Fətəliyevanın qızı Aydan Əkbər adlı bəylə ailə qurub. 2020-ci ildə isə cütlüyün Zəhra adlı qızı dünyaya gəlib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:41 / 26.07.2022
Fatimə efirdə ağladı: "Zərbələr alsam da, Allah mərdiməzarlardan qorudu" - VİDEO
Hazırda oxunan: Fatimə efirdə ağladı: "Zərbələr alsam da, Allah mərdiməzarlardan qorudu" - VİDEO
Hazırda oxunan: Fatimə efirdə ağladı: "Zərbələr alsam da, Allah mərdiməzarlardan qorudu" - VİDEO
85537
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.