Ötən axşam müğənni Rəqsanə İsmayılovanın uzun zamandan bəri günlərlə sosial şəbəkələrdə anons etdiyi oğlu Muhammedin kiçik toy mərasimi baş tutub.
Bizim.Media xəbər verir ki, paytaxtın dəbdəbəli restoranların birində keçirilən məclisdə İsmayılovanın ailəsi, yaxınları və şou əhli iştirak edib.
Gecənin özəl qonağı isə Türkiyənin məşhur ulduzu Linet olub. Rəqsanənin əri Fazil Əmiraslanov səhnəyə çıxaraq Linetə qara daşlı brilliant üzük hədiyyə edib.
Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub, onlardan biri dünyasını dəyişib. Müğənninin hazırda Aysun, Yağmur, Mehrimah adlı qızları və Muhammed adlı dörd övladı var.
Rəşad Əliyev, Bizim.Media