Nadir Novosibirskdə yaşayan azərbaycanlı qadınlar HAQDA:

Nadir Novosibirskdə yaşayan azərbaycanlı qadınlar HAQDA: "Sizə heyran oldum" - VİDEO

Hazırda oxunan: Nadir Novosibirskdə yaşayan azərbaycanlı qadınlar HAQDA: "Sizə heyran oldum" - VİDEO

85369

“Artıq beş gündür Rusiyanın Novosibirsk şəhərindəyəm. Bir neçə gündən sonra Moskvaya uçacağam. Burada yaşayan Azərbaycan qadınlarından danışmaq istəyirəm. Sizə heyran oldum. Bu qədər mədəniyyət, əxlaq, daxili və xarici gözəllik.

Deməli qadın istəsə harada olduğundan asılı olmayaraq qadınlığını qoruya bilir. Novosibirskdə yaşayan Azərbaycan qadınlarını alqışlayıram”. 
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında yayımladığı videoyazıda deyib. 

Azərbaycan qadınlarından söz açan sənətçi Rusiyanın Novosibirsk şəhərində yaşayan Azərbaycan ailələrinin xeyir-şərdə bir olduqlarını vurğulayıb. 

“Burada azərbaycanlı ailələr çoxdur, bir-birini sevib, hörmət edirlər, toylarında iştirak edirlər. Aralarında konflikt yoxdur. Şər düşəndə bir araya gəlirlər. Birləşib işlərini öz yoluna qoyurlar”. 

Qeyd edək ki, N.Qafarzadə zaman-zaman qadınlar haqda səs-küylü açıqlamalar vermişdi. O, illər əvvəl qadınlar haqda söylədiyi “Instagram”a daxil olan qadınların 70 faizi əxlaqsızdır.
Kişi ovuna çıxıb”, “Cinayət  hadisəsi qeyrətsizlik səbəbindən baş veribsə, ərinin onun başını kəsməsi düzdür. Pis qadının başı kəsilməlidir. Əgər qadın pozğunluq edirsə, kişi ona dözməlidir?” fikirləri ilə cəmiyyət tərəfindən linç olunmuşdu. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO