Əməkdar artist Nigar Şabanova Qazaxda eyni gündə doğulan hərbçi qardaşlar Qabil və Qalibin toyunda iştirak edib.
Bizim.Media xəbər verir ki, sənətçi qardaşların əkiz bacılarla evləndiyi haqda sosial şəbəkə hesabında paylaşım edib.
Nigar bildirib ki, cütlüklərin toy məclisində təmənnasız çıxış edib.
"Qazaxda əkiz zabitlərin toyu. Allah bütün hərbçilərimizi qorusun. Hər birinizin toyunda təmənnasız iştirak etmək borcumuzdur. Sayənizdə başımız ucadır. Əkiz qardaşlar və bacılar Allah sizi əkiz övladla sevindirsin" - deyə N.Şabanova toydan çəkib yayımladığı videoya şərh verib.
Qeyd edək ki, Nigar Şabanova ötən il XTQ zabiti Xəyyam Qaragözovla ailə qurub.
Rəşad Əliyev, Bizim.Media