Lalədən ETİRAF:

Lalədən ETİRAF: "Qazandığım pullara şəhərdə evlər ala bilərdim" – VİDEO 

Hazırda oxunan: Lalədən ETİRAF: "Qazandığım pullara şəhərdə evlər ala bilərdim" – VİDEO 

85058

“Nə gözəl ki, həyatım boşa getməyib. Baxıram 10 il əvvəl gördüyüm işlərə. İçimdə minnərdarlıq var o işləri mənimlə görən, zəhmət çəkən insanlara. Tək bu işlərin öhdəsindən gələ bilməzdim”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu “Günün sədası” səhər şousunda deyib.  

Müğənni ona inanan və şans verən insanlara minnətdar olduğunu bildirib:  

“Elə mahnılar var ki, deyirəm bunu başqa ifaçı da oxuya bilərdi. Amma nə gözəl ki, mən ifa etmişəm. Bu, paxıllıq deyil”.  

Sənət yolundan söz açan estrada ulduzu qazancını mal-mülkə deyil, sənətinə xərclədiyini bildirib.  

“Bütün həyatım boyu ən zəif yerim musiqi olub. Qazandığım pullarla villa tikməmişəm, şəhərin bir neçə yerində evim yoxdur, bahalı maşın sürmürəm. Studiyalarda qoyduğum pullara şəhərdə bir neçə ev alardım”.  
Qeyd edək ki, Lalə Məmmədova keçmiş əri İlham Qafarovla 2004-cü ildə ailə qurub. Cütlük 2013-cü ildə boşanıb. Onların Nərgiz və Çinarə adında iki qızları var.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO