“Vicdan haqqı” serialı ilə məşhurlaşan aktrisa Ülviyyə Xəlilbəyova plastik əməliyyatı ilə gündəmə səs salıb.
Bizim.Media xəbər verir ki, aktrisa uzun fasilədən sonra üzündəki dəyişikliklərlə bağlı izləyicilərin tənqid dolu rəylərinə cavab yazıb.
32 yaşlı Ü.Xəlilbəyli bir dəfəyə alın gərmə, üz gərmə, qaş qaldırma və “bella eyes” əməliyyatlarını keçirdiyini açıqlayıb.
Nəhayət, açıqlama zamanı gəldi. Bu qədər gözləməyimin səbəbi isə üzümdəki şişkinliyin çoxluğu ilə əlaqədar idi. Təbii ki, hər kəsin orqanizmi eyni deyil. Mən ödəmə meyilli olduğum üçün bu prosesi çətinliklə keçirdim.
Gördüyünüz isə tam nəticə deyil. Bunun üçün ən az 6 ay gözləməliyəm. Çoxdandır bu əməliyyatı etdirmək istəyirdim. Qaşla-göz məsafəm bir-birinə yaxın idi. Yaş artdıqca, bu daha da çoxaldı” - deyə, Ülviyyə bildirib.
Qeyd edək ki, aktyor Murad İsmayılla ailəli olan Ülviyyənin Fuad və Rəsul adlı iki övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:20 / 22.07.2022
Aktrisa Ülviyyə bir neçə plastik əməliyyat keçirdi - FOTO
Hazırda oxunan: Aktrisa Ülviyyə bir neçə plastik əməliyyat keçirdi - FOTO
Hazırda oxunan: Aktrisa Ülviyyə bir neçə plastik əməliyyat keçirdi - FOTO
84862
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.