“Meyxananı dinləmirəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə qonaq olduğu “Şourum” maqazin verilişində deyib.
Proqramın aparıcısı Afaq Gəncəlinin “Meyxanaçılardan yalnız Pərvizi bəyənirsən?” sualına Türkan belə cavab verib.
“Pərvizlə duet oxusam da, meyxana demirəm. Pərvizlə duet oxumağa başladığımız zamanlarda, onu orada təzə-təzə tanımışdım. Meyxananı dinləyə bilmirəm. Xanımların məclislərində meyxanaçılar dəvət olunur.
Maraqla qarşılayıram ki, xanımlar meyxananı nə gözəl dinləyirlər. Çox böyük hörmətim var meyxanaçılara, amma təəssüf ki, onlara qulaq asa bilmirəm. Sözləri tez-tez deyirlər. Özümə aid xoş sözlər olanda həmin meyxananı amma dinləyirəm”.
Rəşad Əliyev, Bizim.Media