Xalq artisti Röya Ayxan mərhum Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin nəvəsi ilə görüşüb.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bəstəkarın oğlunun qızı Nailə ilə çəkdirdiyi video və fotosunu paylaşıb.
Röya yayımladığı görüntülərdə “Nailə imtahandan keçdi. Bu gün gəzməyə gəlib” sözlərini dilə gətirib.
Qeyd edək ki, Nailə Mirməmmədli ötən il yanvarın 4-də 59 yaşında dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media

