Hər kəs onların tətilindən danışdı - Bekhemlər Xorvatiyada – FOTO 

Hər kəs onların tətilindən danışdı - Bekhemlər Xorvatiyada – FOTO 

Hazırda oxunan: Hər kəs onların tətilindən danışdı - Bekhemlər Xorvatiyada – FOTO 

84473

Bekhemlər ailəsi Xorvatiyanın Dubrovnik şəhərində istirahətindən yeni fotoları ilə diqqət çəkiblər.  

Bizim.Media xəbər verir ki, dünya futbolunun əfsanəsi Devid Bekhem 17 yaşlı oğlu Kruzla yaxtada üzür, günəş vannası qəbul edir və pivə içir.  

Bundan başqa, ata və oğul qurmandırlar desək, heç də yanılmarıq. Belə ki, ulduz futbolçunun yayımladığı fotolarda Aralıq dənizi mətbəxinin qeyri-adi yeməkləri - qızardılmış nəhəng qırmızı balıq və təzə pomidor salatı, həmçinin bahalı premium şərabları görünür.  
Bu arada Bekhemlərin 11 yaşlı qızı Harper Viktoriya ilə birlikdə nəmləndirici maskalar hazırlayır və anasının paltarlarını geyinməyə çalışır.  

O, güzgü önünə keçərək, üzərində “Versace” xalatı ilə dəbdəbəli vanna otağının fonunda selfilər çəkdirib, sosial şəbəkə hesabında paylaşır.  

Xatırladaq ki, Harperin bir həftə əvvəl 11 yaşı tamam olub.  

Qeyd edək ki, bir həftə əvvəl Bekhem ailəsinin 19 yaşlı oğlu, ailəvi tətili qaçıran Romeo, üç illik münasibətdən sonra sevgilisi ilə ayrılıb.  

Rəşad Əliyev, Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO