Xəbər verdiyimiz kimi, 31 yaşlı amerikalı model və aktrisa Emili Ratakovskinin 4 illik evliliyindən sonra əri, iş adamı Sebastian Beer-Makklarddan ayrılması xəbəri öz təsdiqini tapıb.
Bizim.Media “People” nəşrinə istinadən xəbər verir ki, modelə yaxın mənbə cütlüyün ayrılmasının doğru olduğunu açıqlayıb.
“Bu, Emilinin qərarı idi. O, yaxşıdır, güclüdür və oğluna diqqət yetirir. Emili, ana olmağı sevir” deyə mənbə bildirib.
Xatırladaq ki, aşiqlərin ailələrinin dağılması ilə bağlı şayiələr iyulun əvvəlində, Ratakovskinin küçəyə nikah üzüyü olmadan çıxmasından və hətta onsuz sosial şəbəkələrdə fotolar da paylaşmasından sonra ortaya çıxıb.
Qeyd edək ki, 2018-ci ilin əvvəlində aktrisa Emili Ratakovski və prodüser Sebastian Beer-Makklard ailə qurub. 2021-ci ildə aşiqlərin oğulları Silvester dünyaya gəlib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:58 / 19.07.2022
Emili Ratakovski prodüser ərindən AYRILDIĞINI təsdiqlədi - FOTO
Hazırda oxunan: Emili Ratakovski prodüser ərindən AYRILDIĞINI təsdiqlədi - FOTO
Hazırda oxunan: Emili Ratakovski prodüser ərindən AYRILDIĞINI təsdiqlədi - FOTO
84449
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.