Cey Lo: \

Cey Lo: \"Təsəvvür edə biləcəyimiz ən gözəl toy oldu” - FOTO/VİDEO

Hazırda oxunan: Cey Lo: \"Təsəvvür edə biləcəyimiz ən gözəl toy oldu” - FOTO/VİDEO

84165

Xəbər verdiyimiz kimi, şənbə günü dünya pop səhnəsinin ulduzu Cennifer Lopez sevgilisi Hollivud ulduzu Ben Affleklə evlənib. 

Bizim.Media xəbər verir ki, cütlüyün toylarından sosial şəbəkələrdə foto və videoları yayılıb.

Cey Lo ilə Benin bəy və gəlinliyi ilə bağlı detallar üzə çıxıb. Məlum olub ki, Lopez gəlinliyi filmlərdən birinin çəkilişindən, Afflekin bəyliyi isə qarderobundan olub.  

Pop ulduz şəxsi bloqunda “Kiçik bir kilsədə andlarımızı oxuduq və bir-birimizə həyatımızın sonuna qədər taxacağımız üzüklər verdik. Sonda təsəvvür edə biləcəyimiz ən gözəl toy oldu” sözlərini yazıb.

Qeyd edək ki, cütlük 17 illik fasilədən sonra ötən il yenidən bir araya gəliblər.

Rəşad Əliyev, Bizim.Media
 













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO