İrina Şeykin rus mətbəxindən paylaşımını izləyicilər

İrina Şeykin rus mətbəxindən paylaşımını izləyicilər "burnundan gətirdi" – FOTO 

Hazırda oxunan: İrina Şeykin rus mətbəxindən paylaşımını izləyicilər "burnundan gətirdi" – FOTO 

83801

Rus əsilli dünya söhrətli supermodel İrina Şeyk özü də bilmədən başına iş açıb.  

Bizim.Media xəbər verir ki, son aylar başını ABŞ və Avropadakı işlərinə qatan model ənənəvi rus salatı “Olivye” və palıd süpürgələrinin fotosunu çəkərək “Rus çərşənbəsi” sözləri ilə sosial şəbəkə hesabında şərh yazıb.  

İrinanın bu paylaşımından sonra izləyicilər hərəkətə keçərək, modeli yerlə bir ediblər.

Rusiyanın Ukraynaya hücümlar etdiyi bir zamanda İ.Şeykin bu addımı sosial şəbəkə əhli tərəfindən qəzəblə qarşılanıb.  

Onlar supermodelin çalışdığı bir sıra xarici şirkətlərin səhifələrinə etiraz dolu mesajlar yazaraq, İrina ilə iş birliyinə son qoymaqlarını tələb ediblər. Model isə ona qarşı yaranan neqativ dolu reaksiyaları görüb, paylaşımlarını silmək məcburiyyətində qalıb.  
Qeyd edək ki, 2019-cu ildə rus supermodel dostlarını Rusiyadan gələn ənənəvi yeməklərlə - Olivier salatı, şüyüd ilə qaynadılmış kartof, soğan ilə siyənək və piroqlarla qonaq etmişdir.

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO