Adil Karacadan ETİRAF:

Adil Karacadan ETİRAF: "Ölsəm, cənazəmi Türkiyəyə aparacaq heç kimim yoxdur” - VİDEO 

Hazırda oxunan: Adil Karacadan ETİRAF: "Ölsəm, cənazəmi Türkiyəyə aparacaq heç kimim yoxdur” - VİDEO 

83407

“Həyatda çoxlu dostlarım ola bilər. Amma mən Moskvada təkəm. Ölsəm, cənazəmi Türkiyəyə aparacaq heç kimim yoxdur”.  

Bizim.Media xəbər verir ki, bu sözləri hazırda Moskvada yaşayan, tez-tez Bakının qonağı olan türk müğənni Adil Karaca qonaq olduğu “Özəl” verilişində deyib.  

Moskvada koronavirusa yoluxan sənətçi orada yaşadığı çətin günlərdən söz açıb:

“Koronavirusa yoluxanda da tək başına müalicə aldım. Xəstəxanada olanda bir tək arzum vardı, qızımı gəlinlikdə görüm. Başqa heç bir istəyim yox idi. Ondan sonra canımı alın. Çətinliklərlə üzləşdim. Amma çətin olan şey hər zaman gözəl olur”.  

Musiqi savadının olmadığını söyləyən A.Karaca hələ kiçik yaşlarından işlədiyini açıqlayıb: 

“Bu gün Rusiyada bir çox məşhur ulduzlarla duet oxumaq asan iş deyil. Musiqi savadım, təhsilim yoxdur. Heç məktəb belə oxumadım. Çünki o zamanlar bizim ailədə qan davaları oldu. Ailədə mən və böyük qardaşım işlədik. Əmimi qətlə yetirdilər. 1990-ci ildə Adana şəhərini tərk elədik və İstanbul şəhərinə köçdük. Hələdə qan davamız var. Bu isə heç də gözəl şey deyil”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO