Ayan: “TikTok”da pul qazanmaq mənlik deyil - VİDEO 

Ayan: “TikTok”da pul qazanmaq mənlik deyil - VİDEO 

Hazırda oxunan: Ayan: “TikTok”da pul qazanmaq mənlik deyil - VİDEO 

83056

““TikTok”u dağıdıram, xəbəriniz var? Son iki aydır kı, oradayam və paylaşdığım videolara 1,5-2 milyon arasında baxış sayı var”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva qonaq olduğu “10-da görüşək” səhər şousunda deyib.  

Sənətçi bildirib ki, həmkarları kimi o, heç vaxt “TikTok”da canlı açıb, yarışmalarda iştirak etməyəcək.  

““TikTok”da pul qazanmaq mənlik deyil. Niyə orada pul qazanmalıyam ki? İşim-gücüm var. Sadəcə, orada paylaşımlar edərək əhvalımı düzəldirəm. Heç zaman “TikTok”da canlı açıb, yarışmalara, oyunlara qoşulmaram”.  

O daha sonra bildirib ki, heç vaxt özünü milyoner, varlı insan kimi tanıtmağa çalışmayıb:

“İnsanın həyatında pul önəmlidir. Ətrafımda olan insanlar isə pul dostları deyil”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO