“Bəzi uşaqlar kimi valideynlərimdən çox şeylər istəmirəm. Pul istəyəndə daha çox atama müraciət edirəm. Səs baxımından biraz dayıma oxşamışam. Güc və qüvvət baxımından isə atama oxşamışam (red. idmançı Anar Heydərov)”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Zemfira İbrahimovanın oğlu İbrahim anası ilə qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib.
Verilişin aparıcısı Zaur Kamalın “Ən çox ananı yoxsa atanı istəyirsən?” sualına sənətçinin oğlu cavabı ilə təəccübləndirib:
“Bir quş iki qanadla uçur. Mənim qanadım isə anamla, atamdır. Hər ikisi olmasa uça bilmərəm. Hər ikisini də çox istəyirəm. Onlar mənə dəstək verirlər”.
Aparıcının “Valideynlərində hansı cəhətlərini bəyənmirsən?” sualına İbrahim belə reaksiya verib:
“Atam çox əyləncəli biridir. Onda xoşuma gəlməyən cəhəti yoxdur. Atam xoşuma gəlir, çünki o mənim atamdır. Anam isə çox gərgindir. O deyingən insan deyil. Anam bütün müğənnilərdən yaxşıdır və daha yaxşı yerdədir. Anamı isə populyar edən nənəm oldu”.
Qeyd edək ki, Zemfira İbrahimova ilə Anar Heydərovun İbrahimdən savayı daha bir Dəniz adlı qız övladı var.
Rəşad Əliyev, Bizim.Media