Toyda bıçaqlanan tamadanın oğlu: - “Orada mən və atam yaralanmışıq” - ÖZƏL 

Toyda bıçaqlanan tamadanın oğlu: - “Orada mən və atam yaralanmışıq” - ÖZƏL 

Hazırda oxunan: Toyda bıçaqlanan tamadanın oğlu: - “Orada mən və atam yaralanmışıq” - ÖZƏL 

82369

“Atam hələ də reanimasiyadadır. Vəziyyəti ağır olaraq qalır. Nəfəs almasında çətinlik yaranıb. Tam nəfəs ala bilmir. Onun ağ ciyəri və qara ciyəri bıçaqlanma zamanı ciddi zədələnib”.  

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində iyulun 2-də gecə saat 01 radələrində Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən “Altun” şadlıq sarayında bıçaqlanan tamada N.Dağlaroğlunun oğlu Məhəmməd Hüseynov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Məşhur tamadanın bıçaqlandığı toydan GÖRÜNTÜLƏR - VİDEO


O, qanlı hadisənin həmin gün baş tutan toyla heç bir əlaqəsinin olmadığını bildirib.  

“Bizə olan hücumun toya heç bir adiyyəti yoxdur. Mətbuat doğru olmayan xəbərləri dərc edir. Toy çoxdan bitmişdi. Hadisə gecə birə işləmiş baş verib. Zal boş idi, qonaq yox idi.  
27-ci polis bölməsi tərəfindən hazırda hadisə ilə bağlı araşdırma aparılır. Sadəcə, zamanım yoxdur ki, araşdırma ilə bağlı gedib əlavə informasiya alım”.  

Tamadanın oğlu həmçinin mətbuatda yer alan ansamblın daha bir üzvünün yaralanması ilə bağlı məlumatların da doğru olmadığını açıqlayıb:  

“Yazırlar ki, ansamblın digər üzvü də yaralanıb. Bu, səhv məlumatdır. Orada ancaq mən və atam yaralanmışıq. Yaqub Mehdiyev mənim atamdır. Sadəcə, “Natiq Dağlaroğlu” onun təxəllüsüdür”.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO