Monika Belluççi məşhur nəşrin üz qabığında - FOTO 

Monika Belluççi məşhur nəşrin üz qabığında - FOTO 

Hazırda oxunan: Monika Belluççi məşhur nəşrin üz qabığında - FOTO 

81803

İtalyan kinoulduzu Monika Belluççi “Schön! Magazine China” dərgisinin yeni buraxılışının üz qabığında parlayıb.  

Bizim.Media xəbər verir ki, cazibədar aktrisa bir-birindən iddialı fotoları ilə yanaşı, dilə gətirdiyi həyat fəlsəfəli sözləri ilə diqqətləri üzərinə cəmləyib.  

“Həyat o qədər qurulub ki, hər birimizin yaxşı və pis günlərimiz olur. Amma biz həm birincidən, həm də ikincidən öyrənirik. Biz bilik əldə edirik, təcrübə qazanırıq və bəlkə də hikmət qazanırıq”, – deyə Monika bildirib.  

O, bədii ilham mənbələrindən də danışıb:  

“Yaradıcılıq baxımından həmişə italyan aktrisalarından – Sofi Loren, Klaudiya Kardinale, Anna Manyanidən ilham almışam. Onlar ehtirasları üçün mübarizə aparan qadınlardır. Məhz buna görə “Mariya Kallas - Məktublarda xatirələr” tamaşasında oynamağa razılaşdım”.  

Rəşad Əliyev, Bizim.Media















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO